USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda sığorta haqlarının ödənişində - Yenilik gözlənilir

09.09.2019 İqtisadiyyat
0 0
Azərbaycanda hər kəsi "özü-özünü sığortalaya” biləcək.

"Kommersant.az" xəbər verir ki, yeni ildən icabri sığorta sahəsində yeniliyin tətbiqi gözlənilir.

EkoNews xəbər verir ki, sığorta mütəxəssisi Ceyhun Əsgərov FED.az-a bildirib ki, yeni qaydalara görə, artıq icbari sığorta almaq istəyən şəxs bunun üçün sığorta agentinə deyil, terminallara və ya sığorta agentinin onlayn səhifəsinə müraciət etməklə sığorta ala biləcək.

"Vətəndaş terminalda öz pin kodunu və avtomobilinin dövlət nişanını yığıb ödənişi etməklə icbari sığortasını əldə etmiş olacaq. Bu zaman agent rolunu terminallar oynayacaq. Sığorta şirkətləri faizi terminalı quraşdıran quruma verəcək. Məqsəd sığorta haqqını 5% salmaqdır” – deyə Ceyhun Əsgərov bildirib.

Mütəxəssisin sözlərinə görə artıq 6- 7 aydır ki, sistem sınaq müddətindədir.

Sistemin qanunsuz endirimlərin və faiz artımının qarşısının alınması üçün hesablandığı bildirilir. Ceyhun Əsgərovun sözlərinə görə, yeni ilin ilk aylarından artıq yenilik tətbiq edilə bilər. Çünki sınaq müddətində bütün işlər normal gedib.

Qeyd edək ki, ilkin olaraq icabri sığorta ödənişlərinin MilliÖn və Exsprespay terminalları ilə olacağı daha sonra digər terminallar vasitəsi ilə də həyata keçiriləci bildirilir. (Fed.az)