USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZTV - nin yeni rəhbəri kimdi?

16.01.2019 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AZTV-nin sədri vəzifəsindən azad edilib.

"Kommersant.az" xəbər verir ki, bu məqamda Alışanovun vəzifəsini icra etdiyi bildirilən gənc kadr Rövşən Məmmədovla bağlı bəzi məlumatları təqdim edir.

1979-cu ildə doğulan Rövşən Məmmədov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur.

O, bir neçə il əvvəl tanınmış teleaparıcı İbrahim Məmmədovun yerinə keçməklə gündəmə gəlmişdi. Belə ki, Arif Alışanovun müavini olan İ. Məmmədovun aparıcısı olduğu "Günün nəbzi" və "Həftə" analitik verilişlər Rövşən Məmmədova həvalə edilmişdi. Bu təyinat mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. İllərdir davam edən analitik proqramların gənc kadra etibar edilməsi birmənalı qarşılanmamışdı.

Rövşən Məmmədov AZTV-dən əvvəl "ANS TV", "Lider TV" və "İdman-Azərbaycan" telekanallarında çalışıb. O, Bakı Slavyan Universitetində müəllim olaraq da fəaliyyət göstərib.

Qafqazinfo

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0