USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda çörəyin bahalaşmasının - SƏBƏBİ

16.01.2019 İqtisadiyyat
0 0
Azərbaycanda un tədarükçüləri idxal olunan unun qiymətinin artdığını deyirlər.

"Kommersant.az" xəbər verir ki, onlar bahalanmaya "dünya bazarında müşahidə olunan qıtlığın" səbəb olduğunu əsas gətirlər. Bazarda qiymətlərə nəzarət edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə istehlakçıya çatan məhsulda qiymət artımı olmadığını bildirir.

Ölkənin iri çörək istehsalçıları hazırda ziyanla işlədiklərindən şikayətçidirlər, təklif edirlər ki, unun da qiyməti tənzimlənsin. "İxrac ölkə xammalı bahalandırıb" "Şirkət məhsulu, əsasən, Rusiya və Qazaxıstandan idxal edir. Bu ölkələr də satdıqları xammalın qiymətini qaldırıb. Hazırda bizə heç indi satdığımız qiymət də sərf etmir, ancaq biz məhsulu bu qiymətə satmağa məcburuq. Qiymət xammalın alışından asılıdır. İndi 50 kq-lıq un kisəsinin qiyməti 24 manat 95 qəpik olub",- Karmen MMC-nin əməkdaşı İqdam Umudov deyib.

O, qiymət artımının bir səbəbi kimi dolların bahalanması və idxal ununun xarici valyutayla alınmasını göstərir. "Unun qiymətinin artması dünyadakı böhranla bağlıdır", bunu başqa bir un istehsalçısı, "Gəncə-Dəyirman" MMC-nin direktoru İlham Xəlilov deyib. "ABŞ-dan başqa hər yerdə taxıl böhranı var. Mövsüm başlayanda unun bir kisəsini 23 manata satırdıq, indi isə bir kisə unu 26 manata təklif edirik",- İlham Xəlilov əlavə edib. O hesab edir ki, mövsüm bitəndən, yəni iyun ayından sonra taxıl ucuzlaşacaq.

Hər iki un tədarükçüsü deyib ki, çörək və un məhsulları, əsasən, idxal olunan un hesabına hazırlanır. "İstehlakçılara çatan məhsulun qiyməti faktiki dəyişməyib" Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Fuad Budaqov BBC NewsAzərbaycancaya deyib ki, onlar bütün məhsullar üzrə gündəlik müşahidələr aparırlar. "Bəzi məhsulların istehsalçıları bildirib ki, bahalanma var, amma biz onlardan unun və çörəyin qiymətini dəyişməmələrini tələb edirik. İstehlakçılara çatan məhsulun qiyməti faktiki dəyişməyib.

Əsas əhalinin istifadə etdiyi məhsul çörəkdir, onun da qiyməti dəyişməyib və çəkisi də sabitdir",- Fuad Budaqov deyib. "Ziyanla işləyirik" "Gilan Holdinq Nömrə 1" çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov unun qiymətinin bahalanmasının xarici amillərlə bağlı olduğunu deyib. "Son 6 ayda unun qiyməti orta hesabla 40 faizə qədər qalxıb. Əvvəllər unun kiloqramını 39 qəpiyə alırdıq, indi isə 53-55 qəpiyə qalxıb", Ramin Qədirov bildirib. "Biz unu, buğdanı xaricdən idxal edirik. Rusiyada məhsul az olub, qıtlıq olduğu üçün qiymətin qalxdığını düşünürük. Unun qiyməti qalxırsa, çörəyin maya dəyəri də artır. Hələ ki, çörəyin çəkisini azaltmamışıq. Hazırda ziyanla işləyirik. Unun qiymətinin tənzimlənməsini istəyirik", o əlavə edib.

Bəs yerli taxıl istehsalı? Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2018-ci ilin 11 ayında ölkəyə 6 milyon 200 min ton taxıl idxal olunub. Aqrar sahə üzrə təhlilçi Vahid Məhərrəmov hesab edir ki, Azərbaycanda un istehsalı inhisardadır, ona görə də bahalanma gözlənəndir. "Bir neçə şirkət bu işlə məşğuldur və bazarda qiyməti onlar müəyyən edir. Onlar bazarda qiyməti diqtə edirlər. Bundan başqa yerli istehsal olan buğdanın yalnız 20-25 faizi un istehsalında istifadə olunur, ona görə də bazarda qiymətə təsir imkanı yoxdur. On ildən çoxdur ki, bu rəqəm belədir",- Vahid Məhərrəmov BBC News Azərbaycancaya deyib. Vahid Məhərrəmov düşünür ki, taxıl və taxıl məhsullarında müşahidə edilən artım gec-tez cörəyin ya qiymətinə, ya da çəkisinə ciddi şəkildə təsir edəcək. Hazırda 500 qramlıq ənənəvi ağ undan hazırlanan çörək, 40-50 qəpiyə satılır.

  • Əvvəlki

    Bunu edən sürücülər 800 manat cərimə olunacaq - AGENTLİK HƏRƏKƏTƏ KEÇDİ - FОТО

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0