USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İmkanlı şirkətlər ehtiyacı olanlara kömək etməlidir - İLHAM ƏLİYEV

24.05.2018 İqtisadiyyat
0 0
Azərbaycanda imkanı olan şirkətlər ehtiyac içində yaşayanlar üçün şərait yaratmalıdırlar.

"Kommersant.Az" xəbər verir ki, bu barədə prezident İlham Əliyev Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksinin açılışında bildirib.

Qeyd edək ki, kompleksdə doqquzmərtəbəli on bir yaşayış binası tikilib, mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Burada 624 şagird yerlik məktəb və 220 nəfərlik uşaq bağçası da var.

Mərasimdə prezident bildirib ki, bu şəhərciyin tikintisində özəl sektor fəal iştirak edib, daha dəqiqi onun təşəbbüskarı və icraçısı olub. Dövlət başçısı bundan razı qaldığını bildirib: "Son vaxtlar sahibkarlar bir çox sosial layihələr icra edirlər. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim, demişdim ki, sahibkarların sosial məsuliyyəti artmalıdır".

Prezident bildirib ki, Azərbaycanda sahibkarlar çün yaxşı şərait, investisiya iqlimi yaradılıb: "Belə olan halda daim mən sahibkarlara müraciət edərək tövsiyə etmişdim ki, onlar sosial layihələrə daha böyük diqqət göstərsinlər. Bu, bu sahədə görülən işlər arasında ən genişmiqyaslı layihədir. Bu günə qədər sahibkarlar məktəb, uşaq bağçası tikintisi ilə fəal məşğul olmuşlar. Ancaq məcburi köçkünlər üçün bu ölçüdə, bu miqyasda yaşayış mərkəzinin yaradılması ilk dəfə baş verir".

Prezident bildirib ki, dövlət bu şəhərciyin tiknitisinə pul ayrımayıb ə onun maliyyələşməsini özəl şirkətlər həyata keçirib: "Buna görə bu işi görən "Paşa Holdinq" şirkətinə öz təşəkkürümü bildirmək istəyirəm. "Paşa Holdinq" Azərbaycanda böyük quruculuq işləri ilə məşğuldur, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə böyük investisiyalar qoyur, minlərlə iş yerinin yaradılmasına çalışıb və nail olub. Bu gün bu şirkətin sosial məsuliyyəti göz qabağındadır"-deyə prezident bildirib.

Dövlət başçısı bildirib ki, digər şirkələr də adı çəkilən holdinqdən nümunə götürməlidirlər: "Bu digər böyük şirkətlər üçün də nümunə olmalıdır. Əminəm ki, növbəti illərdə məcburi köçkünlər üçün tikiləcək yeni yaşayış şəhərciklərində, mərkəzlərində özəl sektor da fəal iştirak edəcək".

İlham Əliyev deyib ki, qaçqın və məcburi köçkünlərə dövlət dəstəyi bundan sonra da davam edəcək: "Biz hər il minlərlə köçkünü evlərlə təmin edirik. Bu il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bu yaşayış kompleksində 1026 mənzil var. Yəni, burada 1026 ailə yaşayacaq və yaxşı şəraitdə yaşayacaq".

Amma bu işlərə özəl sektor da qoşulmalı və dəstək verməlidir: Qeyd etdiyim kimi, özəl sektor da bu işlərə qoşulub. Bu da təbiidir. İmkanı olan şirkətlər ehtiyac içində yaşayanlar üçün gərək şərait yaratsınlar. Bu gözəl təşəbbüs əminəm ki, Azərbaycanda geniş vüsət alacaq".

  • Əvvəlki

    “Sberbank” ucqar ərazilərə pulu belə çatdıracaq

Digər xəbərlər