USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra Hakimiyyətinin yüksək vəzifəli məmuru qəzada öldü - FOTO

13.05.2019 Sosial
0 0
Goranboy rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib.

"Kommersant.az" xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun Safukürd kəndindən keçən hissəsində baş verib. Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Əliyev Rauf İsmayıl oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Əliyev Xocalı Rayon İcra Hakimiyyəti Aparatının baş mütəxəssisi vəzifəsində işləyirdi.

Faktla bağlı araşdırma aparılır.