Zahid Orucun rəhbərlik etdiyi mərkəz sayt yaradır

13.06.2019 Sosial
Bu ilin fevralında ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzinin saytı yaradılır.

"Kommersant.az" xəbər verir ki, sayt www.stm.az adı ilə fəaliyyət göstərəcək.

Bu barədə mərkəzin rəhbəri, deputat Zahid Orucun Feysbuk səhifəsi üzərindən məlumat paylaşılıb.

Məlumatda saytda layihələr, məqalələr, sorğular və təkliflərin yer alacağı bildirilir.

“Yeni Müsavat”

VTB