USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ceyhun Bayramov yeni rektoru kollektivə təqdim etdi

01.08.2019 Sosial
0 0
Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə təyin olunan Vilayət Vəliyev universitetin kollektivinə təqdim edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Rektoru kollektivə təqdim edən Təhsil naziri Ceyhun Bayramov Vilayət Vəliyevin bioqrafiyası barədə məlumat verib.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıran C.Bayramov bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.