“Kommersant.az” xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd olunur.
Məlumata görə, bu, 2018-ci ilin ilk yarısının göstəriciləri ilə müqayisədə 36 mln dollar və ya 15,2% çoxdur.
Bu ilin ilk yarısı yataqlar blokunun fəaliyyətlərinə, təqribən, 657 mln dollar əsaslı məsrəflər xərclənib ki, bu da 2018-ci ilin iki rübünün göstəriciləri ilə müqayisədə 105 mln dollar və ya 19% çoxdur.
Qeyd edək ki, AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), “İnpex” (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur. (Report.Az)