USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan bankını hədəf alan fişinq vebsaytlara giriş məhdudlaşdırılıb

16.08.2019 Sosial
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti tərəfindən görülən müvafiq tədbirlər nəticəsində "Kapital Bank”ı hədəf alaraq yaradılan fişinq vebsaytlara (birrbankaz.com və brbankiaz.com) giriş məhdudlaşdırılıb.

Xidmətdən verilən məlumata görə, vətəndaşlar e-xidmətlərindən istifadə edərkən, bankların rəsmi vebsaytı və ya mobil tətbiqləri üzərindən əməliyyatların icra edilməsi tövsiyə olunur. Qeyr-rəsmi ünvanlardan həssas məlumatları daxil etmək və ödənişlər aparmaq tövsiyə olunmur.

Qeyd edək ki, Facebook sosial şəbəkəsində "BirBank BOKT” MMC-yə məxsus korporativ stildə üzərində "daxil ol 500 AZN ve iPhone XS Max qazan” başlıqlı Azərbaycan seqmentində sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının ələ keçirilməsi məqsədilə reklam kampaniyası başladılıb, reklam kampaniyasının üzərinə klik etdikdə yuxarıda qeyd olunan saytlara keçid təyin edilib. Adıçəkilən saytın məzmununda isə "BirBank BOKT” MMC-nin elektron xidməti olan "İnternet-bank”a oxşar, məzmun daxilində "İnternet-banka daxil olmaq” başlıqlı, şəxsi kabinetə daxil olmaq üçün tələb olunan telefon nömrəsi və şifrənin daxil edilməsi üçün nəzərdə tutulan müvafiq sahələr yerləşdirilib.

Güman edilir ki, hakerlər Qazaxıstanda "HALYK BANK”, Kanadada "Scotiabank” və Azərbaycanda "KapitalBank” banklarını hədəfə almış fişinq hücumları həyata keçirməkdədir. (APA)