USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya bir paket siqaretə nə qədər pul ödəyir? - Statistika

16.08.2019 Dünya
0 0
Siqaret aludəçilərinin sayının azaldılması günümüzün ən aktual mövzularından biridir. Bu məqsədlə də bir çox ölkədə siqaret olduqca baha qiymətə satılır.

"Kommersant.az" xəbər verir ki, ən bahalı siqaret Avstraliyada, ən ucuzu isə Pakistanda satılır.

Siqaretin ən bahalı olduğu ölkələr:

Avstraliya - 34 manat 50 qəpik

Norveç - 23 manat

İrlandiya - 22 manat

İngiltərə - 21 manat

Bu siyahıda qonşu ölkələrimiz olan Rusiya və Türkiyə də var. Rusiyada siqaretin bir qutusu 4 manata, Türkiyədə isə 6 manatadır.

Dünyanın ən ucuz siqaretləri Asiya ölkələrində istehsal edilir. Ən ucuz siqaret istehsalçısı olan Pakistanda siqaretin bir paketi 1.50, Qazaxıstanda 1.80 AZN-dir.

Avstraliya bütün siqaret paketlərinin tək tip olmasını təmin edən ilk ölkə olub.Həmçinin orada əksər yerlərdə siqaret çəkmək qadağandır.

Siqaretlə mübarizədə sərt qaydalar qəbul edən bir digər ölkə isə İngiltərədir. Hesablamalara görə, 2050-ci ildə İngiltərədə siqaret çəkən 1 nəfər belə qalmayacaq.

Qeyd edək ki, Azərbaycanda son bir ildə tütün məmulatları 50 faiz bahalaşıb. Hazırda ölkədə əksər siqaretlərin qiymətləri 2-4 manat arasında dəyişir. /"Yeni Sabah"