USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün Bakının 2 rayonunda qaz təchizatı dayandırılacaq

05.09.2019 Sosial
0 1
Bu gün səhər saat 10.00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bundan başqa ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.