USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İslam İnkişaf Bankının daha iki missiyası Azərbaycandadır

17.09.2019 Sosial
0 0
İslam İnkişaf Bankının (IsDB) daha iki missiyası Azərbaycana səfər edib.

"Kommersant.az" xəbər verir ki, missiyalara Əbdülhəmid Abu başçılıq edir.

IsDB-ninin Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyasını və Özəl Sektorun Maliyyələşdirilməsi üzrə İslam Korporasiyasını təmsil edən missiyalar Bakıda bir sıra görüşlər keçirəcək. Onların Azərbaycan hökumətinin, özəl sektorun, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nümayəndələri ilə bir araya gələcəkləri bildirilir.