USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu rayonlarda qaz olmayacaq

17.10.2019 Sosial
0 0
Bu gün Sabirabad, Saatlı, İmişli, Şəmkir və Ağsuda rayonlarında qaz təminatında fasilələr olacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, oktyabrın 17-də “Qaz İxrac” İdarəsinin Qaz Paylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İmişli və Şəmkir rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilələr olacaq.

Saat 09:00-dan 18:00-dək diametri 315 mm olan polietilen orta təzyiqli yeraltı qaz xəttində aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Ağsu rayonunun mərkəzinin bir hissəsi və bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.