USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dolların hökmü daha 25 il eavam edəcək - PROQNOZ

17.10.2019 Bank
0 0
Dünyadakı əksər mərkəzi banklar dolların növbəti 25 ildə “hökmranlıq” edəcəyini proqnozlaşdırırlar.

"Kommersant.az" xəbər verir ki, bu haqda "UBS Asset Management" tərəfindən sorğulanan bank mütəxəssisləri məlumat veriblər.

İdarəçilərin 66%-i dolların növbəti 25 ildə əsas ehtiyat valyutası olaraq qalacağına inanır. Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə, ikinci rübdə ABŞ valyutası mərkəzi bankların valyuta ehtiyatlarının 61%-dən çoxunu təşkil etmişdir. Ehtiyatların ümumi həcmi 11,7 trilyon dollardır, Bloomberg yazır.

"Qlobal ehtiyatlarda dolların dominantlığı (son 25 ildə ortalama pay 60%-dən çox olub) valyuta ehtiyatlarının idarə edilməsinin əsas xüsusiyyətlərindən biri olub", – deyə USB analitikləri olan Massimiliano Kastelli və Filip Salman qeyd edirlər.

Eyni zamanda, ehtiyatların strukturunda Çin yuanı da yer alacaqdır. Belə ki, araşdırmanın nəticələrinə görə, respondentlərin 38%-i 25 ildən sonra yuanın dollar və ya avro kimi vacib valyutaya çevriləcəyini söyləyib. BVF-nun fikrincə, bu ilin ikinci rübündə avro ümumi ehtiyatların 20%-dən çox olan hissəsini təşkil edib.