USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Telefonun kreditdə olub-olmadığını öyənməyin yolu

23.11.2019 Digər
0 1
"Kommersant.az" TED.az-a istinadən qısa müddət ərzində telefonun kreditdə olub-olmadığını öyrənmək üsulunu təqdim edir.

Bunun üçün ilk olaraq Imei.az saytına daxil olmaq lazımdır.

Daha sonra telefonun imei kodunu "kodu daxil et" bölməsinə əlavə edirik.

Əgər telefonda hər şey qaydasındadırsa GSM lə bağlı hər hansı problem yoxdursa, "Daxil etdiyiniz IMEI nömrə Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin olunmuş qaydalara uyğundur. Qeydiyyatdan keçib, istifadəsinə icazə verilib" bildirişi göndərilir.

Telefonun kreditdə olub-olmadığını bilmək üçünsə, eynilə imei kodunu müvafiq bölməyə daxil etdiyiniz zaman, yuxarıda qeyd etdiyimiz bildirişin sonunda "Cihaz bu müəssisə tərəfindən müvəqqəti istifadəyə verilib" ifadəsi də əlavə olaraq qarşınıza çıxacaq.

Bu da telefonun kreditdə olduğunun göstəricisidir.

Ancaq bir məqamı qeyd etmək lazımdır ki, bu bildiriş, telefon mağazanın kredit sisteminə daxil olduğu halda göstərilir.

"Qeydiyyatdan keçirilməyib” sözü ilə qarşılaşsanız, bu, telefonun sistemə hələ daxil olmadığının göstəricisi ola bilər və ehtiyatlı olmağa dəyər.

Qeyd edək ki *#06# kodunu yıgmaqla mobil telefonunuzun imei kodunu öyrənə bilərsiniz.

  • Əvvəlki

    İstirahət günlərinin hava proqnozu

Digər xəbərlər

01.10.2025 Digər
Sabah hava necə olacaq?
0 0
29.09.2025 Digər
Sabah yağış yağacaq
0 0
26.09.2025 Digər
Sabahın hava - PROQNOZU
0 0
25.09.2025 Digər
Sabah güclü külək əsəcək
0 0
22.09.2025 Digər
Sabah hava necə olacaq?
0 0
19.09.2025 Digər
Sabahın hava proqnozu açıqlanıb
0 0