USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda "Bazarstore" mağazasına hücum oldu - FOTO

25.01.2020 İqtisadiyyat
0 0
Bakıda 42 yaşlı kişi "Bazarstore" mağazasına bıçaqla basqın edib.

"Kommersant.az" xəbər verir ki, hadisə bu gün saat 18:50 radələrində, paytaxtın Suraxanı rayonu, Malik Mustafayev və Elxan Həsənov küçəsinin kəsişməsində yerləşən ünvanda qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Tamin Məmmədov "Bazarstore" mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib. Bu zaman həmin ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin (PPX) əməkdaşlarının çağırış üzrə hadisə yerində çevik tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb.

Daha sonra T.Məmmədov 31-ci Polis Bölməsinə təhvil verilib.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar paytaxtda ərazi polis orqanlarının PPX bölüklərinin fəaliyyəti gücləndirilib. Gün ərzində növbəli xidmət aparan naryadların çağırışılar üzrə hadisə yerinə yaxınlaşması asanlaşdırılıb. Ən müasir rabitə cihazları ilə təmin edilən naryad qruplarına peşəkar, hazırlıqlı əməkdaşlar cəlb olunub. Ərazidə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatının dayanıqlı olması üçün PPX-ların işinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.

Report

  • Əvvəlki

    22 nəfər öldü, 1031 nəfər yaralandı - Türkiyədə zəlzələ

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0