USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

22 nəfər öldü, 1031 nəfər yaralandı - Türkiyədə zəlzələ

25.01.2020 Dünya
1 1
Türkiyədə baş vermiş 6.8 bal gücündə zəlzələdə ölənlərin sayı artıb.

"Kommersant.az" xəbər verir ki, rəsmi qurumlar zəlzələdə 22 nəfərin öldüyünü açıqlayıb. Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub. Yeraltı təkanlar zamanı 1031 nəfər yaralanıb. Son məlumata görə, 30 nəfər dağıntılar altında qalıb.

NTV kanalı xəbər verir ki, dağıntılar altından 39 nəfər sağ çıxarılıb. Zəlzələnin episentrində - Elazığda daha 22 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.