USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda koronavirus təhlükəsi - Bu binalar dezinfeksiya edilir

20.02.2020 Sosial
0 1
Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb.

“Kommersant.az” Yenisabaha istinadən xəbər verir ki, bu barədə "APA"ya açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov bildirib.

İndiyə qədər 27 məscid, 2 sinaqoq, 60 məktəb və 50 uşaq bağçasında dezinfeksiya aparılıb. Dezinfeksiya işləri hazırda davam edir.

A. Məmmədov deyib ki, dezinfeksiya işləri əhalinin sıx olduğu digər yerlərdə, o cümlədən teatr və kitabxanalarda da aparılır.