USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda ətraf mühiti çirkləndirən 36 nəfər cərimələnib

21.06.2018 İqtisadiyyat
0 0
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN-in mətbuat xidmətindən "Kommersant"a bildiriblər ki, iyun ayında paytaxtın Sabunçu, Xətai, Səbail, Binəqədi, Xəzər, Abşeron rayonlarında və Sumqayıt şəhəri ərazilərində keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 211-ci (sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərinin pozulması) maddələrinin tələblərini pozmuş 36 şəxs müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb olunub. Onlara tətbiq olunan cərimələrin məbləği 5550 manat təşkil edib.

Ümumilikdə cari ilin müvafiq dövründə şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 206 fiziki və hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilib, onlara ümumilikdə 13 min 550 manat cərimə tətbiq olunub.

Bu istiqamətlərdə tədbirlər davam etdirilir.

  • Əvvəlki

    Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24 nəfərə çatıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Lirə uçuruma doğru sürətlə irəliləyir
0 0
28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0