Prezidentin general-mayor rütbəsi verdiyi Kənan Seyidov kimdir?

21.11.2020 Sosial
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, Kənan Seyidov Quru Qoşunlarının fəaliyyəti ilə seçilən zabitlərindəndir.

Qeyd edək ki, Kənan Seyidov 2003-cü ildə, kapitan qismində "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif olunub. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülub.

2016-cı ildə isə polkovnik-leytenant kimi Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, "İgidliyə görə" medalı alıb.Mətbuat.az