Azərbaycan-Rusiya sərhədində yeni gömrük-keçid məntəqəsi tikiləcək

23.06.2018 Sosial
"Azərbaycanda yeni gömrük-keçid məntəqəsi tikiləcək".

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

O bildirib ki, yeni gömrük-keçid məntəqəsi Rusiya ilə sərhəddə tikiləcək: "Yeni gömrük buraxılış məntəqəsi Xaçmaz Gömrük İdarəsinə aid "Xanoba" gömrük-keçid məntəqəsi olacaq. Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq".

Komitə rəsmisi qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır.

Report