USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni poçt markası dövriyyəyə buraxıldı

25.06.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən “Azərbaycan Milli Ordusunun 100 illiyi” münasibətilə yeni poçt markası hazırlanıb.

"Kommersant" xəbər verir ki, poçt markası Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordumuzun 100 illiyinə həsr olunub. Fransada yüksək keyfiyyətlə nəşr olunan markalar 26 iyun tarixində dövriyyəyə buraxılacaq.

110x135 mm ölçüsündə olan markanın tirajı 3000 ədəd təşkil edir.

Markaları "Azərpoçt" MMC-nin poçt şöbə və filiallarından, eləcə də "Şəbəkə" xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, Azərbaycanda 1919-cu ildə dövriyyəyə buraxılan ilk marka da Azərbaycan əsgərinə həsr olunub.

  • Əvvəlki

    Ölkəyə xaricdən camış idxal ediləcək

Digər xəbərlər