USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Türk Ulduzları” Bakı səmasında uçuşlar edib

26.06.2018 İqtisadiyyat
0 0
Türkiyə Hərbi Hava Qüvvələrinin aviaqrupları Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak edib

"Kommersant"ın xəbərinə görə, bu gün hərbi paraddan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirilib.

Təyyarələrin nümunəvi uçuşlarını Dənizkənarı Milli Parkın ərazisindən çoxlu sayda insan izləyib.

Qeyd edək ki, "Türk Ulduzları" 2001-ci ilin avqustunda da Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər.