USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Narazı qazinin əlillik qrupu dəyişdirildi

07.05.2021 Sosial
0 0
Vətən müharibəsi qazisi Hacı Vəliyevin əlillik problemi həll edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə H. Vəliyev feysbukda paylaşım edib.

O bildirib ki, əlillik probleminin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedəcəyi barədə video paylaşdıqdan sonra nazirliyin bir sıra rəsmiləri onunla əlaqə saxlayıb: “2-ci qrup əlilliyimin (5 il müddətə) təyin olunduğunu və təyin olunma haqqında sənədi göndərdilər”.

Qeyd edək ki, ƏƏSMN tərəfindən H. Vəliyevə 3-cü qrup əlillik təyin edilmişdi. Qazi isə 3 fərqli diaqnozla yararsız kimi təxris olunduğunu əsas gətirərək bu növ əlillik təyinatından imtina etmişdi.