USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bir qrup əlil TƏBİB qarşısında etiraz nümayişi keçirir

31.05.2021 Sosial
0 0
Əlilliyi olan bir qrup Sumqayıt sakini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) binası qarşısında etiraz nümayişi keçirirlər.

"Kommersant.az" xəbər verir ki, onların əsas narazılığı əlillik təyinatları ilə bağlı olub.

TƏBİB-dən saytımıza daxil olan məlumatda bildirilir ki, narazı vətəndaşların qurumun nümayəndələri tərəfindən qəbul edilib və şikayətləri dinlənilib.

Nümayəndələr vətəndaşlara bildiriblər ki, əlillik və pensiya təyinatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən aparılmır:

“Tİbb müəssisələri yalnız həkim rəyinin əks olunduğu Forma-88 arayışı təqdim edir. Əgər vətəndaş həkim rəyini düzgün hesab etmirsə, o zaman həmin şəxsin müraciətinə fərdi qaydada baxıla bilər”.