USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mover “Bank Respublika”nın dəstəyilə yeni sərfəli “VISA Moverkart” kartlarını təqdim etdi

31.05.2021 Bank
0 0
Azərbaycanda e-ticarətin liderlərindən biri Mover, daha sərfəli və qazanclı yeni “VISA Moverkart” kartlarını müştərilərinə təqdim etdi.

Yeni kartlar innovasiyalara daim böyük diqqət ayıran ölkəmizin aparıcı 5 bankından biri olan “Bank Respublika”nın dəstəyilə hazırlanmışdır. Qeyd edək ki, Moverkart Türkiyənin və digər ölkələrin məhşur saytlarından alış-veriş etmək üçün Azərbaycanda e-ticarət sahəsində yaradılan ilk kobrend kartıdır və bir çox özəlliklərə malikdir.

Limitli sayda buraxılımış yeni Moverkart Standard və Moverkart Platinium kartları sahiblərinə bir çox bonuslar və üstünlüklər təqdim edir. Moverkart sahibləri digər elektron ticarət istifadəçilərindən fərqli olaraq onlayn alış-verişi özləri üçün daha qazanclı edə biləcək, pul xərclədikcə bonuslar və hədiyyələr qazanacaq.

“Üstünlüyü hiss et” şüarı ilə buraxılan yeni Moverkartlar istifadəçilərinə aşağıdakı bonusları qazandıracaq:

“Mover”in Standard (Qrama-Qram) və Premium tariflərindən istifadə imkanı;
“Mover”də ödədikləri bütün daşınma haqqlarına 15% cashback bonusu;
Kuryer xidmətinə və kitab daşınmasına 50% endirim;
Gömrük məsləhətçisi xidmətinə 30% endirim;
Bağlamalarını 14 gün anbarda pulsuz saxlama imkanı;
Amerikadan sifarişlərinin paketini kiçiltdirmək imkanı;
Xüsusi müştəri xidməti dəstəyi (Mənə zəng et xidməti);
Mover`in Premium Tarifində qapıya pulsuz çatdırılma imkanı;
Xarici anbarlarımızdakı bağlamalarının fotosunu əldə etmək imkanı (ödənişsiz);
Bağlamasını xarici anbarlarımızdan geri qaytara bilmək imkanı (ödənişsiz);
Və bir çox digər üstünlüklər.
Yeni kartları //moverkart.az/ saytından və ya “Bank Respublika”nın rəsmi səhifəsindən sifariş edə bilərsiniz.

Elə indi öz “Moverkart”ınızı sifariş edin və üstünlüyü hiss edin!