USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Füzuli aeroportu sentyabrın sonunadək istifadəyə veriləcək - AÇIQLAMA

01.06.2021 Sosial
0 0
İşğaldan azad edilmiş Füzuli şəhərindəki beynəlxalq hava limanının 2021-ci il sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Kommersant.az” xəbər verir ki, bu barədə AZAL-ın vitse-prezidenti Etibar Hüseynov məlumat verib.

Hava limanının ümumi uzunluğunun 4,8 kilometr təşkil edəcəyini deyən E.Hüseynovun sözlərinə görə, bunlardan üç kilometri uçuş-enmə zolağı, hər biri 900 metr olan işıqlandırma zonalarıdır:

“Bu gün hava limanının tikintisi ilə yanaşı, naviqasiya və digər avadanlıqların quraşdırılması işləri aparılır. “Zəfər yolu” avtomobil yolunun bu hava limanına çıxışı olacaq. Bununla yanaşı, Zəngilanda hava limanının tikintisinə başlanılıb və Laçında da hava tikintisinə başlanılması planlaşdırılır”.

Vitse-prezident qeyd edib ki, hava limanı istifadəyə verildikdə bir terminal fəaliyyət göstərəcək.