USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda pensiya yaşının aşağı salınması təklif edilir

11.06.2021 Sosial
0 0
“Azərbaycanda orta ömür çox aşağıdır. Ona görə də pensiya yaşını aşağı salmaq lazımdır”.

"Kommersant.az"ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Mən keçən iclas zamanı bir neçə məsələyə toxundum. Amma təəssüflər olsun ki, suallarıma cavab ala bilmədim”, - deputat vurğulayıb.