USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil krediti götürən bu tələbələrə güzəşt ediləcək - NAZİR

18.06.2021 Sosial
0 0
“Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondundan təxminən 40 min və ya bir az daha çox bakalavr və magistr tələbəsinin kredit alması nəzərdə tutulur”.

"Kommersant.az" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, qaydaların yenə də hansı qrupdan olan tələbələri əhatə etməsi bəlli olacaq:

“Aidiyyəti qurumlarla ilkin müzakirələrdə həmçinin təhsil müddətində əldə etdikləri yüksək nəticələri (ÜOMG) olan tələbələrə kreditlərin faiz hissəsində güzəşt edilməsi də planlaşdırılır”.