USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bazar günü ictimai nəqliyyat işləyəcək - BNA

18.06.2021 Sosial
0 0
Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, 20 iyun bazar günü olmasına baxmıyaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.