USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il əhaliyə 26 milyon manatdan çox sosial müavinət və təqaüd ödənilib

18.06.2021 Sosial
0 0
Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 732.6 min şəxsə sosial müavinət və Prezidentin aylıq təqaüdləri ödənilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Belə ki, onlardan 437.4 mini aylıq və birdəfəlik sosial müavinətlə, 295.2 mini Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Qeyd olunan müavinət və təqaüdlər üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 6.7 faiz və ya 26.2 mln. manat çox olmaqla, 420,1 mln. manat ödənilib.