USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Coca-Cola” qablaşdırmanın yeni dizaynını təqdim edib

18.06.2021 Sosial
0 0
“Coca-Cola” məhsulları üçün qablaşdırmanın yeni dizaynını təqdim edib.

"Kommersant.az" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şirkət onilliklər boyu loqonun bir hissəsi olan “dalğa” da daxil olmaqla bütün əlavə elementlərdən imtina edib.

Bununla yanaşı, markanın əsas rəngi hələ də ağ (klassik dad), qara (Zero Sugar xətti) və ya gümüşü olaraq qalır (Diet Coke).

“Bizim hədəfimiz bütün “Coca-Cola” məhsullarını birləşdirən, eyni zamanda loqomuza vurğu edən sadə və intuitiv bir naviqasiya sistemi yaratmaqdır”, – deyə şirkət bildirib. O həm də dəyişikliklərin 2022-ci ildə qüvvəyə minəcəyini əlavə edib.