USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu maşınları sürənlərin nəzərinə

29.06.2021 Sosial
0 0
“Azərbaycanda ekoloji təmizliyi qorumaq məqsədilə istismara yararsız nəqliyyat növlərinin utilizasiyası proqramının tətbiqi ilə bağlı əsas mərhələ yekunlaşıb. Sənəd layihələri hazırlanıb və aidiyyəti dövlət qurumları ilə görüşlər keçirilib”.

"Kommersant.az" xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, təkliflər müzakirə olunub: “İki dəfə sənəd layihələrində zəruri dəyişiklik edilib. Hazırda sonuncu mərhələdəyik. Müəyyən məsələlərlə bağlı texniki fikir ayrılıqları dəqiqləşdikdən sonra qısa müddət ərzində layihələri baxılması üçün Nazirlər Kabinetinə göndərəcəyik”.