USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti ucuzlaşıb

11.02.2026 İqtisadiyyat
0 0
İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,07 ABŞ dolları və ya 0,1% azalaraq 71,14 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,07 dollar və ya 0,1% ucuzlaşaraq 68,65 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,17 dollar və ya 0,4% azalaraq, 40,63 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,07 dollar və ya 0,1% azalaraq 72,04 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

  • Əvvəlki

    Meta və YouTube məhkəməyə verildi: Gəncləri qəsdən asılılığa sürükləmək

Digər xəbərlər