USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda karantin rejimi sərtləşdirilir? - Operativ Qərargahdan AÇIQLAMA

26.07.2021 Sosial
0 0
Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir.

Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var. Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir: “Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə sərt qapanmalara gedilməyəcək”.