USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bağlanan bankın daşınmaz əmlakı 1.6 mln. manata hərraca çıxarılıb

26.07.2021 Bank
0 0
“Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun balansında olan daşınmaz əmlak açıq hərraca çıxarılıb.

“Kommersant.az”ın xəbərinə görə, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 259.7 kv.m qeyri-yaşayış sahəsi satışa çıxarılacaq. Daşınmaz əmlakın ilkin satış qiyməti 1 560 000 manatdır.

Açıqlamada, əmlakın 21 iyun 2021-ci il tarixində keçirilən hərracı baş tutmadığından 22 iyul 2021-ci il tarixində saat 11:00-da təkrar hərracı keçiriləcəyi qeyd edilir.

Bildirilir ki, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməli və əmlakın alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir.

Qeyd edək ki, ADIF Azərbaycanda bağlanan bankların aktivlərini hərraca çıxarmaq səlahiyyətindədir.