USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 101 nəfərə saxta koronavirus sənədi satan vəzifəli şəxslər həbs olundu

30.07.2021 Sosial
0 0
Azərbaycanda 101 nəfərə saxta koronavirus sənədi satan vəzifəli şəxslər həbs olunub.

“Kommersant.az” xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verrilib.

Belə ki, “ƏSR” MMC-nin direktoru Əsgər Bayramovun “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə COVID-19 testinin nəticələrinə dair saxta sənədləri hazırlayıb ümumilikdə 12 min 120 manata satmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Qeyd edilənlərə əsasən Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilmiş, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.