USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank kredit kampaniyasının müddətini uzatdı

30.07.2021 Bank
0 0
Dövlət bankı Azər Türk Bank müştərilər üçün sərfəli şərtlərlə istehlak kreditləri üzrə kampaniyanın müddətinin 31 avqust 2021-ci il tarixinədək uzadılması barədə qərar vermişdir.

Kampaniya ərzində 3 aydan 48 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır.

Qeyd edək ki, 24 ayadək verilən kreditlər üzrə komissiyanəzərdə tutulmamışdır.

Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsızverilən kreditin məbləğini isə 15 000 manat səviyyəsindəmüəyyənləşdirmişdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifarişvermək mümkündür.

Ətraflı məlumatı https://atb.az/ saytından, Azər TürkBankın sosial şəbəkələrdəki rəsmi korporativsəhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.