USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Geriləmə azalır, səfər edənlərin sayı 2 dəfə artıb

11.08.2021 Sosial
0 0
Azərbaycandan Gürcüstana bu ilin yanvar-iyul aylarında 37 602 nəfər səfər edib.

“Kommersant.az” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 86.4 % azdır.

2021-ci ilin təkcə iyul ayında isə Azərbaycandan bu ölkəyə 8 397 nəfər səfər edib ki, bu, illik müqayisədə 2 dəfə çoxdur.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana səfər edənlərin sayındakı geriləmə azalır. Belə ki, bu ilin yanvar-iyun aylarında geriləmə illik müqayisədə 89.2 % idisə, yanvar-iyul aylarında bu, 86.4%-ə düşüb.