USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sentyabrın 15-dən məktəblər açılacaq

20.08.2021 Sosial
0 0
Sentyabrın 15-dən Azərbaycanda məktəblərin açılması nəzərdə tutulub.

“Kommersant.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirilib.

"Sentyabrın 15-də dərslərin bərpa edilməsi nəzərdə tutulur", - Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, monitorinqlər təhsil müəssisələrində də aparılacaq: “Əyani tədrisə cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVİD pasportu olmasa, həmin təhsil müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyacaq. Monitorinq qruplarına cəlb olunan polis əməkdaşları həm də mülki geyimdə xidmət həyata keçirəcək”.