USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhaliyə ödənilən pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardımların həcmi 4,4% çox olub

20.08.2021 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul aylarında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,4% çox olmaqla 3,5 mlrd. manat ödənilib.

“Kommersant.az” xəbər verir ki,pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edir.

Məlumata görə, 2021-ci ilin yanvar-iyul aylarında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,4% və ya 148,8 mln. manat çox olmaqla 3,5 mlrd. manat vəsait ödənilib.