USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanla MDB arasında təyyarə ilə bir gedişin qiyməti 1300 manata yaxınlaşdı

21.09.2021 Sosial
0 0
Azərbaycanla MDB ölkələri arasında təyyarə ilə gediş haqlarının qiyməti yenidən bahalaşmaqla tarixi rekord qırıb. Söhbət 1 sentyabra olan göstəricilərdən gedir.

“Kommersant.az” xəbər verir ki, bu ölkələrlə Azərbaycan arasında ortastatistik hər gedişin qiyməti 1 279 manat olub. Bu isə son ayda 9.5% bahalaşma deməkdir.

Azərbaycanda ilin əvvəli MDB ilə hər gedişin qiyməti 817 manat idi. Növbəti aylarda ölkələr arasında gediş-gəlişin bərpasından sonra qiymətlər rekord qiymətdə bahalaşmaqla iyunun 1-ə 1 254 manat olmuşdu.

Bahalaşma MDB istisna digər xarici ölkələr arasında da müşahidə edilməkdədir. Hava nəqliyyatı ilə 1 sentyabr 2021-ci il tarixinə bir gedişin qiyməti 756 manat olmuş, bu da son ayda 4.4% artım deməkdir. Qeyd edək ki, xaricə təyyarə ilə bir gedişin qiyməti ilin əvvəli 759 manat idi.