USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmlak vergisi üzrə iki güzəşt ləğv edilir

03.11.2021 Sosial
0 0
Əmlak vergisi üzrə bəzi güzəştlər ləğv edilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, mexaniki nəqliyyat vasitələri üzrə verilən güzəştlər (fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla) və müəssisələrin balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləğinin 25 faiz azaldılması şəklində verilən güzəştlərin ləğv edilməsi təklif olunur.