USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qəhvə qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb

02.12.2021 Sosial
0 0
Qəhvənin qiyməti son 10 ildə ən yüksək səviyyəyə qalxıb.

“Kommersant.az” xəbər verir ki, bu barədə çərşənbə günü CNBC telekanalı ABŞ-da yerləşən Qitələrarası Birjanın (ICE) məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, dekabrda çatdırılacaq qəhvə fyuçerslərinin qiyməti keçən bazar ertəsi funt üçün (0,45 kq) 2,34 dollar olub. Ötən cümə axşamı iə qəhvə fyuçerslərinin qiyməti bir funt üçün 2,46 dolları görüb.

CNBC bildirir ki, bu, son 10 ildə qəhvə üçün ən yüksək qiymətdir. Daha bahalı qəhvə 2011-ci ildə, onun qiyməti bir funt üçün 3 dollardan yuxarı qalxanda başa gəlib.

Danimarkanın "Saxo Bank"ının mütəxəssisi Ole Hanse-nin fikrincə, qəhvə qiymətlərinin bahalaşmasına son 12 ayda əlverişiz hava şəraiti və logistik çətinliklər səbəb olub. Onun sözlərinə görə, şaxta və quraqlığın qəhvə məhsuluna ciddi təsir etdiyi Braziliyada hava şəraiti vəziyyəti daha da gərginləşdirib. Bundan əlavə, yeni koronavirus pandemiyasının yaratdığı logistik çətinliklər qiymət artımına səbəb olub. Ekspertin fikrincə, bu amillərin təsiri ən azı iki il ərzində hiss olunacaq.