USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dubay-Tbilisi təyyarəsi Bakıya məcburi eniş edib - SƏBƏB

27.12.2022 Sosial
0 0
Tbilisi hava limanında güclü duman səbəbindən “FlyDubai” aviaşirkətinin Dubay-Tbilisi marşrutu üzrə hərəkət edən FZ-8637 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, “Boeing 737 MAX” təyyarəsi yerli vaxtı ilə saat 12:03-də Bakı hava limanında eniş edib.