USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ATB kartların daha bir üstünlüyü

27.12.2022 Bank
0 0
Azər Türk Bank müştərilərinə təklif etdiyi xidmətlərin çeşidini artırmaqda davam edir.

Belə ki, yeni istifadəyə verilmiş xidmət sayəsində Bankın Mastercard kart sahibləri bir çox xarici ölkələrin banklarının Mastercard ödəniş sisteminə aid kartlarına pul köçürə biləcəklər. Köçürmə əməliyyatları atb360 mobil tətbiqi vasitəsilə yerinə yetirilir.

Müştərilərin gün ərzində 3 dəfə ümumilikdə 850 AZN, ay ərzində 10 dəfə 8500 AZN və ya bu məbləğlərə bərabər xarici valyutanı ölkələrarası kartdan karta xidməti vasitəsilə yerinə yetirmək imkanları olacaqdır.

Köçürmələr üzrə komissiya, minimum 3 AZN/USD/EUR/GBP olmaqla, göndərilən vəsaitin 1.5%-ni təşkil edir.

Qeyd edək ki, atb360 mobil əlavəsini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.