"TRT World" erməni işğalından azad edilən Azərbaycanın Günnüt kəndindən veriliş hazırlayıb

07.07.2018 Sosial
“TRT World” Naxçıvan Muxtar Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərindən geniş reportaj yayıb.

"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, reportajda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Ermənistan Azərbaycan münaqişəsində qaynar nöqtə olub:

"Naxçıvan Muxtar Respublikası Azərbaycanın mübahisəsiz gözəl ərazisi hesab edilir. Lakin dağ yamacları və geniş vadilər sülh və sabitlik hökm sürən Naxçıvanı Ermənistan Azərbaycan münaqişəsində qaynar nöqtəyə çevirib".

Qeyd edilir ki, Azərbaycan hərbi qulluqçuları erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda bir müddət əvvəl xüsusi əməliyyat hazırlayıb. 200 xüsusi təyinatlısı erməni mövqelərini dəf edərək 110 kv.m-lik ərazini azad ediblər.

Xatırladaq ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib.