Naxçıvan əhalisinin sayı artıb

02.08.2018 Sosial
Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2008-ci illə müqayisədə əhalinin sayı 16 faiz artıb.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, 1 iyul 2018-ci il tarixə muxtar respublikanın əhalisi 454,3 min nəfər olub.