USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya aparılıb

20.08.2018 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması məqsədi ilə rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Kommersant.az"a bildiriblər ki, müraciətlə əlaqədar Şamaxı, Balakən və Göygöl rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri həyata keçirilib.
Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə zərərli mikroorqanizmlərin məhv edilməsi təsərrüfatların mühafizəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tədbirlər müqavilə əsasında həyata keçirilir və satışa çıxarılan heyvanların sağlamlığının qorunmasına xidmət edir.
Obyekt sahibləri tərəfindən diri heyvan satışı aparılan bazarlarda mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri həyata keçirilib.

  • Əvvəlki

    Qida Təhlükəsizliyi İnstitutunda növbəti təlim təşkil olunub

Digər xəbərlər