Ölkədə TV və radio yayımı dayandırılacaq - Sentyabrın 3-də

02.09.2018 Sosial
Sentyabrın 3-də Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.

"Kommersant.az" bildirir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.
Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.
Birinci kompleks profilaktika fevralın 5-i, ikincisi iyunun 11-də keçirilib. Növbəti profilaktika isə dekabrın 3-də aparılacaq.

VTB